Ərəblərdən Levandovskiyə gözqamaşdırıcı təklif - "Hə" deyəcək"? 

Ərəblərdən Levandovskiyə gözqamaşdırıcı təklif - "Hə" deyəcək"? 

"Barselona"nın ulduz hücumçusu Robert Levandovskinin Səudiyyə Ərəbistanında oynamaq variantı realdır. 

Fanat.Az xəbər verir ki, bu iddia "Todofichajes"-ə məxsusdur.

Mənbənin məlumatına görə, polşalı qolkiperin transferində hələ adları açıqlanmayan iki klub maraqlıdır. Səudiyyəlilər Roberti sərfəli maliyyə təklifi ilə şirnikləndirmək istəyirlər. Söhbət ulduz forvardın indiki maaşının üçqat artırılmasından gedir.

35 yaşlı hücumçu 2022-ci ilin yayından Kataloniya klubunda çıxış edir. Onun hazırki müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədər nəzərdə tutulub. Robertin transfer dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər