Ərəblər "Barsa" formasını geyinənləri həbs edəcək - ŞOK QƏRAR

Ərəblər "Barsa" formasını geyinənləri həbs edəcək - ŞOK QƏRAR

"Qətər böhranı" getdikcə böyüyür. Fanat.Azxəbər verir ki, belə bir vaxtda Birləşmiş Ərəb Əmirlikləri şok qərar qəbul edib.

Belə ki, ölkə hökuməti "Barselona" forması geyinməyi qadağan edib. Buna səbəb Kataloniya klubuna Qətər Hava Yollarının sponsorluq etməsidi. Qərara əsasən üzərində Qətər Hava Yollarının loqosu olan "Barselona" forması geyinənlər və daşıyanlar həbs olunaraq 15 ilədək azadlıqdan məhrum ediləcək.

"La Repubblica"nın məlumatına görə, bu qərar Qətərlə bütün əlaqələrini kəsən digər 10 ölkədə də tətbiq oluna bilər. 

Qeyd edək ki, 10 ölkə "terrora dəstək verdiyi" üçün Qətərlə bütün əlaqələri kəsib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər