Ərəblər MS-nin ulduzuna ödəyəcəkləri məbləği açıqladılar 

Ərəblər MS-nin ulduzuna ödəyəcəkləri məbləği açıqladılar 

Səudiyyə Ərəbistanı "Əl-Hilal"ının maraq dairəsində olan "Mançester Siti"nin ulduz yarımmüdafiəçisi Bernardo Silvanın potensial transfer məbləği açıqlanıb. 

Fanat.Az xəbər verir ki, bu barədə "CBS Sports" telekanalı məlumat yayıb. 

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı klubunun nümayəndələri ingilis tərəfinə Bernardonun transferi üçün 70 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər. MS tərəfi bu təklifə hələ cavab verməyib.

28 yaşlı portuqaliyalı yarımmüdafiəçi 2017-ci ildən "Mançester Siti"də çıxış edir. Tərəflər arasında hazırki müqavilənin müddəti 2025-ci ilin ortalarına qədərdir.

Bernardo ötən mövsüm "şəhərlilər"in heyətində 52 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər