Erdinç Superliqa klubunda - RƏSMİ

Erdinç Superliqa klubunda - RƏSMİ
Türkiyə millisinin sabiq hücumçusu Mevlüt Erdinçin yeni iş yeri bəlli olub.
 
Fanat.Az xəbər verir ki, 33 yaşlı futbolçu elitaya vəsiqə qazanan "Fatih Karagümrük”lə anlaşıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Erdinç 2019-cu ilin yayından "Fənərbağça”da çıxış edirdi. O, bu komandanın heyətində ötən mövsüm Superliqada 12 oyuna çıxıb. 
 
Mevlüt "Fənərbaxça”dan öncə "Soşo”, PSJ, "Renn”, "Sent-Etyen”, "Hannover”, "Genqam”, "Mets”, "Başakşəhər” və "Antalyaspor”da da forma geyinib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər