"Ən yaxşı xatirələrimdən bəziləri onların hekayələrini dinləməkdir"

"Ən yaxşı xatirələrimdən bəziləri onların hekayələrini dinləməkdir"

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem təcrübəli komanda yoldaşları Luka Modriç və Toni Kroosdan danışıb.

Fanat.Az xəbər verir ki, "Madrid Xtra" gənc ulduzun sözlərini belə çatdırıb:

"Həm Modriç, həm də Kroos Çempionlar Liqasının finalından öncə mənə məsləhət veriblər. Onlarla çox söhbət edirəm. Hər ikisi ilə çox yaxşı münasibətim var. Bu mövsüm ən yaxşı xatirələrimdən bəziləri elə masa arxasında əyləşib onların hekayələrini dinləməkdir. Onlarla oynamaq, eyni komandada oynadığımız dönəmin xatirələrini saxlamaq əladır. Ümid edirəm ki, nə vaxtsa mən də öz təcrübəmi gənc oyunçularla bölüşə biləcəm".

Bellingem "Real"a 2023-cü ilin iyul ayında, 103 milyon avro qarşılığında Dortmund "Borussiya"sından keçib. Cari mövsüm bütün turnirlərdə 41 matça çıxan 20 yaşlı futbolçu 23 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı Cudun transfer qiymətini 180 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər