Dünyanın bir sıra klubları var ki, çıxışları ilə tanınmasalar da, maraqlı loqoları ilə yadda qalıblar.
Fanat.Az ən qəribə loqotipinə sahib klubların siyahısını təqdim edir:
Linkoln Siti (İngiltərə)
Linkoln şəhərinin atributu olan bu balaca şeytan klubun loqotipinin əsasını təşkil edir. Futbol emblemləri arasında bəlkə də ən qorxulusudur.

Santa Klaus (Finlandiya)
Klubun kimin şərəfinə adlandırıldığını tapmaq çətin deyil. "Santa Klaus" futbol klubu Finlandiyanın 3-cü divizionunda çıxış edir.

Uarrenpoint Taun (Şimali İrlandiya)
Şimali İrlandiyanın yüksək liqasında çıxış edən klubun loqotipində boz rəngli iki dovşan əks olunub.

La Marsa (Tunis)
Tunisin "La Marsa" klubu olduqca qəribə loqoya sahibdir. Futbol butsları geyinən dəvənin ön sağ ayağı digərlərindən iki dəfə uzundur.

Şeyx Rassell (Banqladeş)
Loqotipin nə məna daşıdığı olduqca müəmmalıdır. Hətta bunun loqotip olduğuna inanmaq belə çətindir.

Office Du Niger (Mali)
Futbol klubunun loqotipinə baxanda komandanın vegeterianlardan ibarət olduğunu düşünmək olar. "Office Du Niger" Malinin ikinci divizionunda çıxış edir.

Şou (Norveç)
Norveçin 4-cü divizionunda çıxış edən klubun qəribə loqosu var. Emblemdə olan 4 topun yalnız biri təyinatı üzrə istifadə olunur.

Kakamega Homeboys (Keniya)
Komandanın adı kimi loqosu da gülüş doğurur. İki qarğıdalı arasında qaya və qayanın üzərində top.

Emin Şəmsiyev