Emreli 13 illik tilsimi qıra bilər

Emreli 13 illik tilsimi qıra bilər
Bu gün Polşa Superkubokunun oyunu baş tutacaq. Mahir Emrelinin heyətində olduğu "Legiya” ötən mövsüm ölkə kubokunu qazanan "Rakuv" ilə münasibətlərinə aydınlıq gətirəcək. Varşavalılar tarixində 18-ci Superkubok oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Varşava təmsilçisi 40 il ərzində cəmi 4 dəfə bu titula sahib çıxıb.
 
Əslində "Legiya” əvvəlki illərdə 17 dəfə həlledici oyunda iştirak hüququ qazansa da, bu görüşlərdən 3-ü baş tutmayıb.
 
Mahir Emrelinin komandası 2008-ci ildən bu yana mövsümün ən güclüsü ola bilmir. Varşavalıların bu müddətdə 7 Superkubok matçına çıxdığını və hamısında uduzduğunu vurğulayaq. Başqa sözlə, həmyerlimiz komandası üçün uğursuz sindroma son qoya bilər.  
"Legiya” Polşa Superkubokunda:
 
1980: Bytom – Legiya – baş tutmayıb
1989: Rux – Legiya 0:3
1990: Lex – Legiya 3:1
1994: Legiya – LKS 6:4
1995: Legiya – GKS 0:1
1997: Vidzev – Legiya 1:2
2002: Legiya– Visla K – baş tutmayıb.
2006: Legiya – Visla P 1:2
2008: Visla K – Legiya 1:2
2011: Visla K – Legiya – baş tutmayıb.
2012: Şląsk – Legiya 1:1 (p. - 4:2)
2014: Legiya – Zavişa 2:3
2015: Lex – Legiya 3:1
2016: Legiya – Lex 1:4
2017: Legiya – Arka 1:1 (p. - 3:4)
2018: Legiya – Arka 2:3
2020: Legiya – Krakoviya 0:0 (p. - 4:5)
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər