Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, cütlər aşağıdakı kimi müəyyənləşib: “Portu” (Portuqaliya) - “Arsenal” (İngiltərə) “Napoli” (İtaliya) - “Barselona” (İspaniya) PSJ (Fransa) - “Real Sosyedad” (İspaniya) “İnter” (İtaliya) - “Atletiko” M (İspaniya) PSV (Niderland) - “Borussiya” D (Almaniya) “Latsio” (İtaliya) - “Bayern” M (Almaniya) “Kopenhagen” (Danimarka) - “Mançester Siti” (İngiltərə) “Leypsiq” (Almaniya) - “Real” M (İspaniya)
1/8 final mərhələsinin ilk oyunları 13, 14, 20, 21 fevralda, cavab matçları 5, 6, 12, 13 martda olacaq.