Çempionatın dayandırılması klublara baha başa gələcək: 678 milyon avrodan məhrum olacaqlar

Çempionatın dayandırılması klublara baha başa gələcək: 678 milyon avrodan məhrum olacaqlar
İspaniyada koronavirus səbəbindən çempionatların tam dayandırılması klublara 678,4 milyon avroya başa gələcək.
Fanat.Az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, klublar teleyayım hüquqlarında 549 milyon, mövsümlük abunəliklərdə 88 milyon, La Liqa və Sequnda oyunlarının bilet satışında isə 41,4 milyon avro itirəcəklər.
Mövsüm yenidən start götürəcəyi və qarşılaşmalar azarkeşlərsiz keçiriləcəyi təqdirdə La Liqa təmsilçiləri 117 milyon, Sequnda komandaları isə 12,5 milyon avrodan məhrum olacaqlar.
Cümə axşamı La Liqa rəhbərliyi koronavirus pandemiyasının geniş yayılması səbəbindən çempionatların iki turluq dayandırılmasına dair qərar qəbul etmişdi. İspaniya Futbol Federasiyasının La Liqada mövsümün tam oynanılacağına dair şübhələri var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər