"Tottenhem"dən qovulan Joze Mourinyo gözlədiyimizdən daha tez baş məşqçiliyə qayıda bilər.
"Seltik" 58 yaşlı mütəxəssisi komanda başına gətirmək istəyir. Bu barədə idman jurnalisti Dunkan Kasls məlumat yayıb. Şotlandiya çempionatında ikinci yerdə qərarlaşan "Seltik", istefaya göndərilməsindən sonra Mourinyo ilə ilk əlaqəyə keçən klub olub.
Qeyd edək ki, hazırda Con Kennedi müvəqqəti olaraq komandanın sükanı arxasındadır.//Offsideplus.az