Emin Mahmudov: “Yalnız qələbə haqda düşünməliyik"

Emin Mahmudov: “Yalnız qələbə haqda düşünməliyik"

"Neftçi”yə gəldiyimə görə şadam. Komandaya çətin vəziyyətdən çıxmaq üçün kömək etmək istəyirəm”. Fanat.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni transferi Emin Mahmudov deyib.

 

"Neftçi” TV-yə açıqlama verən 25 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”a keçidi haqda danışıb.

 

O, kollektivə uyğunlaşmaqda çətinlik çəkmədiyini bildirib: “Komanda yaxşı vəziyyətdə deyil. Yavaş-yavaş yüksəlmək lazımdı. Ab-hava yaxşıdı. Hamı yaxşı olmasını arzulayır. "Neftçi”nin əvvəlki səviyyəsinə qayıtmasını istəyən azarkeşlərin arzusunu reallaşdırmaq üçün hamımız çalışırıq. Ruslan Abışov mənə çox kömək edir, digər komanda yoldaşlarım da köməklərini əsirgəmirlər. Hər bir futbolçumuzla yaxşı münasibətim var, portuqal dilini bildiyim üçün legionerlərlə də ünsiyyət qura bilirəm. Azərbaycan, rus dillərini bilənlərlə danışıram. Buna görə də, uyğunlaşma prosesi asan keçir. Meydana məğlub düşüncəsi ilə çıxmaqdansa, çıxmamaq yaxşıdır. Yalnız qələbə haqda düşünməliyik. Ümid edirəm ki, alınacaq, qalib gələcəyik. Bilirik ki, bizə qələbə qazanmaq lazımdı”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər