Əməliyyatdan sonra Pele: "Özümü yaxşı hiss edirəm"

Əməliyyatdan sonra Pele: "Özümü yaxşı hiss edirəm"

Əfsanəvi braziliyalı hücumçu Pele bir neçə gün öncə əməliyyat olunub.

Fanat.Az xəbər verir ki, veteran futbolçunun yoğun bağırsağında olan şiş cərrahi əməliyyatla kəsilib. 

Səhhəti qaydasında olan Pele "İnstagram" səhifəsində özünü yaxşı hiss etdiyini yazıb: 

"Mənim dostlarım, hər gün özümü bir az yaxşı hiss edirəm. Səbirsizliklə yenidən oynamaq imkanını gözləyirəm, amma hələ bir neçə gün ərzində bərpa olunmağa davam edəcəyəm.

Hələlik burada ailəmlə danışmaq və istirahət etmək imkanından istifadə edirəm. Sevgi dolu mesajlarınıza görə bir daha sağ olun. Tezliklə yenidən birlikdə olacağıq!"

Qeyd edək ki, üçqat dünya çempionu  XX əsrin ən yaxşı oyunçusudur. O, karyerası ərzində 1 363 matçda 1 289 qol vurub.

Əməliyyatdan sonra Pele: "Özümü yaxşı hiss edirəm"

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər