Elşad Əhmədov: "Markonun olmamağı..."

Elşad Əhmədov: "Markonun olmamağı..."

"Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 10-cu turunda "Qəbələ”yə səfərdə 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib.

Fanat.Az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə matçı dəyərləndirib:

- Maraqlı oyun keçdi. Xüsusilə ikinci hissə. Heyətdəki dəyişiklik etmişdik. Yorğun olan futbolçulara istirahət vermişdik. Oyuna zəif başladıq. İkinci hissədə yaxşı oynadıq. "Qəbələ"ni təbrik edirik. Ancaq heç-heçə ediləsi oyundu.

- Marko Deviçin yolxuğunda hücum xəttiniz "dişsiz" görünür. Bu gün Tural Qürbətova sonradan şans verdiz, onu da əvəzlədiz... - Bəli. Markonun olmamağı ziyanımızadı. Turala şans verdik ki, hücumu sürətləndirək. Sonra Elşən Abdullayevin sürətinə güvənərək onu meydana buraxdıq.

- Komanda ilk hissəni niyə zəif keçirdi? - Həmişə ikinci hissəni zəif oynayırdıq. Bu dəfə ilk hissəni. Vadim Abdullayevlə Tərzin Changirov özlərini yaxşı göstərdilər.

- Hesab etmirsiz ki, bu yenilgidə bəzi futbolçuların olmamağı rol oynadı? - Erik Ramos 90 dəqiqə oynayır, yorğunluq hiss olunur. Məqsəd İsayevdə bir az zədə vardı. Ona görə onu keçən turda əvəzləməli olmuşduq. İlk hissənin sonunda özümüzə gəldik. Öncədən elə oynasaydıq, ən azı 2 qol buraxmazdıq.

- Deviç nə vaxt sıraya dönəcək? - Hələ bilinmir, müalicəsi gedir. "Səbail"lə qarşıdakı oyunu buraxacağı dəqiqdi.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər