Elmar Baxşıyev: "Vurmayana vurarlar” prinsipi özünü göstərdi"

Elmar Baxşıyev: "Vurmayana vurarlar” prinsipi özünü göstərdi"
Azərbaycan Premyer Liqasının 28-ci turunun "Keşlə” – "Qəbələ” oyunundan (3:1) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
 
Fanat.Az xəbər verir ki, 41 yaşlı mütəxəssis belə danışıb:
 
"Mövsümün son oyunu idi. Komandanı bu durumda - iddiasını itirəndən sonra oyuna motivasiya etmək çətindir. Ümumilikdə futbolçular verilən tapşırığı meydanda göstərməyə çalışdı. "Vurmayana vurarlar" prinsipi özünü göstərdi. Çoxsaylı hücumlar qursaq da, tamamlamaqda çətinlik çəkdik. Ceyms Adeniyinin zədələnərək meydandan çıxması işimizi bir az çətinləşdirdi. Komandanın mövsümdəki oyundan və yanaşmasından razı qaldım”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər