Elman Himayətoğlu da millidən istefa verdi

Elman Himayətoğlu da millidən istefa verdi
Qurban Qurbanovun Azərbaycan millisinin baş məşqçi postundan göndərilməsindən sonra milli komandanın mətbuat xidmətinin taleyinin necə olacağı sual doğururdu.
Milli komandanın keçmiş mətbuat katibi Elman Himayətoğlu istefa verdiyini açıqlayıb. O bunun səbəbinin Qurbanovun gedişi ilə bağlı olmasını təsdiqləyib:
"Artıq mən də  millidə yoxam.  Səbəbi isə məni ora Qurban Qurbanov gətirmişdi, o da gedəndən sonra mən də getməli oldum. Bir müddət istirahət etməyi düşünürəm”.
Qeyd edək ki, Elman Himayətoğlu əvvəllər "Zirə” klubunda eyni vəzifəni daşımışdı. (Unikal.org)
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər