Əliyevlə Qarayev Moskvadan xalla döndülər

Əliyevlə Qarayev Moskvadan xalla döndülər

Rusiyanın Milli Futbol Liqasında 24-cü turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin formasını geyindiyi “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.   Sözügedən kollektiv səfərdə Moskva “Torpedo”su ilə 0:0 hesablı heç-heçə edib.

Start heyətində yer alan Kamran sonadək oynayıb.   Azərbaycanın aşağı yaş qrupları üzrə millilərində çıxış etmiş David Qarayevə isə Xabarovsk təmsilçisinin baş məşqçisi 73-cü dəqiqədə forma şansı verib.   24 tura 41 xal toplayan “SKA-Xabarovsk” turnir cədvəlində 20 kollektiv arasında 4-cü pillədə mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər