Azərbaycan milli komandasının üzvü Namik Ələskərovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, seçmə oyunlarına görə çempionatda yaranan fasiləni fürsət bilən birinci liqa təmsilçisi Kocaeliyə yollanaraq on günlük təlim-məşq toplanışı keçirir.
Hazırlığın sonunda - oktyabrın 10-da yoxlama oyunu keçiriləcək. Rəqib Superliqa təmsilçisi "Fatih Karagümrük" olacaq.
Mövsümə bərbad başlayan "ağ-yaşıllar"ın yeni baş məşqçisi Özcan Bizati qısa hazırlıq dönəmində komandadakı çatışmazlıqları aradan qaldırmağa çalışır.
Qeyd edək ki, Namik oktyabrın 1-də başlayan hazırlığın ilk günlərində iştirak etsə də, millinin İrlandiya ilə oyununa görə toplanışı yarımçıq qoyaraq Bakıya gəlib.
Mirağa