"Əl-Hilal"dan Mbappe üçün fantastik təklif - Danışıqlar başladı

"Əl-Hilal"dan Mbappe üçün fantastik təklif - Danışıqlar başladı

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Kilian Mbappenin transferi üçün PSJ ilə danışıqlara başlayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, 24 yaşlı ulduzun transferi üçün "Əl-Hilal"ın Paris klubuna ilkin təklifi 300 milyon avro olacaq. Mənbə hələ ərəblərin Mbappenin özü ilə əlaqə yaratmadıqlarını, öncə bu keçidi PSJ ilə razılaşdırmağa çalışdıqlarını vurğulayıb.

Daha öncə "RMC Sport" "Əl-Hilal"ın fransalı futbolçuya 200 milyon avro maaş qarşılığında 2 illik müqavilə təklif etdiyi barədə məlumat yaymışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər