Ekvador millisinin vingeri "Fənər"də - RƏSMİ

Ekvador millisinin vingeri "Fənər"də - RƏSMİ
"Fənərbağça” klubu heyətinə yeni futbolçu qatıb.
 
Fanat.Az xəbər verir ki, "sarı bülbüllər" Ekvador millisinin hücumçusu Enner Valensiyanı rənglərinə bağlayıb.
 
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Son olaraq Meksikanın "Tiqres” klubunun uğurları üçün çalışmış 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
 
Ölkəsinin "Emelek” klubunun yetirməsi olan Valensiya, daha sonra Meksikada "Paçuka”nın, İngiltərədə "Vest Hem” və "Everton”un da formasını geyinib. 2017-ci ildən "Tiqres”də çıxış edən vinger, bu komandada 96 oyuna 30 qola imza atıb. Valensiya Ekvador yığmasında da 54 oyunda 31 qolla yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər