Əfsanəvi ingilis məşqçinin yeni iş yeri bəlli oldu

Əfsanəvi ingilis məşqçinin yeni iş yeri bəlli oldu

Şotlandiyanın "Aberdin" klubu ingiltərəli mütəxəssis Nil Uornokla anlaşıb. 

Fanat.Az xəbər verir ki, sözügedən klub əfsanəvi çalışdırıcının baş məşqçi təyin olunduğunu açıqlayıb.

Təcrübəli məşqçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 2023-cü ilin sentyabrında "Haddersfild"dən ayrıldıqdan sonra işsiz idi. 

75 yaşlı Uornok 1981-ci ildən başçlayaraq İngiltərənin 15 müxtəlif klubunda məşqçi kimi çalışıb. O, məşqçi karyerası ərzində müxtəlif səviyyəli yarışlarda 1952 oyun keçirib.

"Aberdin" Uornokun karyerasında İngiltərədən kənardakı ilk iş yeri olacaq.

Şotlandiya klubu yerli çempionatın turnir cədvəlində 8-ci yerdədir və komanda bu gün, fevralın 6-da “Reyncers”lə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər