"Mançester Yunayted"in əfsanəvi hücumçusu Erik Kantonanın adı İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edilib.
Fanat.Az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
55 yaşlı veteran futbolçu 1992-ci ildə "Lids Yunayted"lə İngiltərə çempionu olub. Forvard 1992 - 1997-ci illərdə "Mançester Yunayted"in formasını geyinib. O, "qırmızı şeytanlar"ın heyətində 4 dəfə Premyer Liqada, iki dəfə ölkə kubokunda qızıl medal qazanıb.
Qeyd edək ki, Kantona Tyerri Anri və Alan Şirerdən sonra adı Şöhrət Zalına daxil edilən üçüncü futbolçudur.
Fanat.Az