Ən məşhur futbolçulardan biri olmuş Ronaldinyo karyerasını başa vurmaq qərarına gəlib. Fanat.Az xəbər verir ki, braziliyalı əfsanə bir il sonra yaşıl meydanlarla vidalaşacaq.
Bu barədə o, Nyu Yorkda açıqlama verib: "36 yaşım var. Artıq yaşlı bir adamam. Planim bir il daha oynayıb karyeramı bitirməkdi.
Qeyd edək ki, karyerasına 1998-ci ildə Braziliyanın "Qremio" klubunda başlayan Ronaldinyo 2015-ci ilə qədər keçirdiyi 723 rəsmi matçda 279 qol vurub və 168 məhsuldar ötürmə edib. O, karyerası ərzində PSJ (Fransa), "Barselona" (İspaniya), "Milan" (İtaliya), "Flamenqo" (Braziliya), "Atletiko Mineyro" (Braziliya), "Queretaro" (Meksika) klublarında oynayıb. Son olaraq isə "Fluminense"də forma geyinib.
Fanat.Az