Eduardonun koronavirus testi neqativ çıxdı

Eduardonun koronavirus testi neqativ çıxdı

Yanvarın 16-da Belçikada COVİD-19 testi müsbət nəticələnən Azərbaycan millisinin üzvü Eduardo Borges dünən növbəti dəfə test verib.

Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, budəfəki nəticə neqativ olub və müdafiəçi bu gün Belçikadan Niderlanda gələrək komandanın məşqində iştirak edib.   Bir gün əvvəl heyətə cəlb edilən Hadi Ahmadi də artıq millinin Qroningendəki düşərgəsindədir.  Qeyd edək ki, Hadi Ahmadi Niderlandın Qroningen şəhərindəki hazırlıq prosesi zamanı zədələnən və adı iştirak ərizəsindən çıxarılan "Araz Naxçıvan"ın üzvü Manekanın əvəzinə sifariş olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər