Eduard Məmmədova yüksək vəzifə verildi

Eduard Məmmədova yüksək vəzifə verildi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Fanat.Az xəbər verir ki, E.Məmmədov bu barədə sosial şəbəkə hesabında paylaşım edərək ona göstərilən etimada görə təşəkkür edib:

“Bu etimadı mənə göstərdiklərinə görə Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazova və DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki xanım Zemfira Meftaxetdinovaya öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Mən polis polkovnik-leytenantı Eduard Məmmədov hər zaman olduğu kimi bundan sonra da millətimə, dövlətimə şərəf və vicdanla xidmət edəcəyəm".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər