Eddi İsrafilov debüt oyununda "fərqləndi"

Eddi İsrafilov debüt oyununda "fərqləndi"

Eddi İsrafilov "Kordoba"da debüt edib. Fanat.az xəbər verir ki, bir neçə gün əvvəl bu kluba transfer olunan millimizin üzvü Sequnda liqanın XXIV turunda "Alkorkon"la oyununda meydana çıxıb.

Oyun 3:3 hesabı ilə başa çatıb. Eddi 61-ci dəqiqədə Viktor Peresin yerinə meydana çıxıb və 8 dəqiqə sonra sarı vərəqə alıb.

Qeyd edək ki, "Kordoba" 24 turda 40 xal toplayıb. İsrafilovun komandası "Leganes"lə birlikdə 2-3-cü pillələri bölüşdürür.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər