"YouGov" Tədqiqat Mərkəzi "Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldonu planetin ən nüfuzlu idmançısı elan edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Give Me Sport” portalı məlumat yayıb.
Xəbərə görə, tanınmış şəxsiyyətlərin ümumdünya reytinqində 35 yaşlı portuqaliyalı 6-cı yeri tutub.
Onun əbədi rəqibi Lionel Messi idmançılar arasında nüfuz meyarına görə dünyada 2-ci yerdədir. Messi məşhurluğuna görə Rusiya prezidenti Vladimir Putini qabaqlayaraq, dünyanın ən nüfuzlu şəxslərinin siyahısında 11-ci yeri tutur. Basketbol əfsanəsi Maykl Cordan siyahıda 13-cü yerdə qərarlaşıb.
Fanat.Az