2023-cü ilin ən çox qol vuran qapıçıları açıqlanıb.
Fanat.Az xəbər verir ki, Meksikanın “Toluka” klubunun şərəfini qoruyan braziliyalı qapıçı Tyaqo Volpi ötən il hamıdan çox - 9 qol vurub.
33 yaşlı qolkiper bütün qolları penaltidən vurub.
İkinci yeri 3 qol vurmuş argentinalı Dieqo Rodriqes tutur. “Qodoy Krus”un qolkiperi 3 qola imza atıb ki, bunların hamısı penalti nəticəsində mümkün olub.
Xoan Parra (“Enviqado”) və Xuan Karlos Robles (“Qran Mamore”) isə hərəyə 2 dəfə fərqləniblər.