Dünyanın ən çox qazanan 10 idmançısı açıqlandı - YENİ SİYAHI

Dünyanın ən çox qazanan 10 idmançısı açıqlandı - YENİ SİYAHI

PSJ-nin hücumçusu Lionel Messi son bir ildə ən çox qazanan idmançısıdır. 

Fanat.Az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Mənbənin məlumatına görə, 2021-ci il mayın 1-dən 2022-ci il mayın 1-dək olan müddətdə argentinalı 130 milyon dollar əldə edib ki, bunun 75 milyonu onun maaşı, daha 55-i isə sponsorluq və reklam müqavilələrindən əldə olunan gəlirdir.

İlin ən çox qazanan 10 idmançısı aşağıdakılardır:

1. Lionel Messi (futbol) - 130 milyon dollar 2. Lebron Ceyms (basketbol) - 121,2 milyon 3. Kriştianu Ronaldu (futbol) - 115 milyon 4. Neymar (futbol) - 95 milyon 5. Stiven Karri (basketbol) - 92,8 milyon 6. Kevin Durant (basketbol) - 92,1 milyon 7. Rocer Federer (tennis) - 90,7 milyon 8. Saul Alvares (boks) - 90 milyon 9. Tom Bredi (Amerika futbolu) - 83,9 milyon 10. Giannis Antetokounmpo (basketbol) - 80,9 milyon

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər