Məhkəmə Neymar, "Barselona" və "Santos" klublarını sarsıdacaq növbəti qərar verib. Fanat.Az xəbər verir ki, braziliyalı futbolçunun apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Məlumata görə, ulduz futbolçunun şikayəti rədd edilib və onların yenidən məhkəmə qarşısına çıxarılmasına qərar verilib.
Neymar, menecerliyini edən "Barselona" və "Santos" klubları futbolçunun transferi zamanı saxtakarlıq etməkdə və vergidən yayınmaqda günahlandırılır.
"Barselona" ötən ay prokurorluq və dövlət vəkilliyi idarəsi ilə 5,5 milyonr avro cərimə ödəməklə istintaqın yekunlaşması barədə razılıq əldə etmişdi.
Lakin İspaniya Milli Məhkəməsinin hakimi Joze de la Mata işin yenidən qaldırılmasını tələb edib. Yeni iddianamədə Neymar və atasının 2 il həbs cəzası ilə yanaşı, 10 milyon avro cərimələnməsi tələb olunur. Onların ilk cinayəti olduğundan həsbxanaya girməyəcəkləri, şərti cəza alacaqları deyilir. Bundan başqa, hər iki klubun yüksək məbləğdə cərimə edilməsi tələb olunur.
Fanat.Az