"Dünya reytinqində lider olmağım məni daha da ruhlandırır" - Anna Başta

"Dünya reytinqində lider olmağım məni daha da ruhlandırır" - Anna Başta

"Dünya reytinqində lider olmağım məni daha da ruhlandırır. Cari ildə keçiriləcək turnirlərdə layiqincə çıxış etmək istəyirəm".

Fanat.Az xəbər verir ki, bu sözləri qılıncoynatmanın sablya növü üzrə milli komandamızın lideri Anna Başta deyib.

Avropa çempionu və dünya çempionatının gümüş medalçısı Gürcüstan, Bolqarıstan və Qazaxıstandan olan idmançılarla birgə Bakıda hazırlıq keçdiklərini bildirib:

 “Düşünürəm ki, bu toplanışın millimizə faydası olacaq. Tunisdə keçiriləcək Qran-Pridə yaxşı çıxış etməyə çalışacağıq. Apreldən Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlar başlayır. Bütün diqqətimizi bu turnirlərə yönəldəcəyik. Gücümüzü elə bölməliyik ki, il ərzində keçiriləcək turnirlər üçün kifayət etsin".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər