Dünya nəhəngləri Kundeni 80 milyondan ucuz ala bilməyəcək

Dünya nəhəngləri Kundeni 80 milyondan ucuz ala bilməyəcək
Avropanın böyük klubları "Sevilya"nın müdafiəçisi Jül Kunde uğrunda gərgin mübarizəyə girişib.
Fanat.Az xəbər verir ki, 22 yaşlı istedadlı oyunçunu "Real", "Barselona", "Mançester Yunayted", "Mançester Siti" və PSJ heyətində görmək istəyir.
Ötən yay "Mançester Siti"nin 55 milyon avroluq təklifini geri çevirən Əndəlüs təmsilçisi Kundeni 80 milyon avrodan ucuz satmaq niyyətində deyil. 
AS qəzetinin məlumatına görə, bu məbləğ onun klubla olan müqaviləsində də qeyd olunub. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər