Dünya çempionu qətlə yetirildi

Dünya çempionu qətlə yetirildi

Özbəkistanlı cüdoçu Kamoliddin Rasulov qətlə yetirilib.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 29 yaşlı idmançı mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanaraq aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Qeyd edək ki, Rəsulov 2019-cu ildə Daşkənddə keçirilən Qran Pri turnirinin gümüş mükafatçısı olub, Yaponiya və Fransa "Böyük Dəbilqə"lərində beşinci yeri tutub. O, həmçinin 2012-ci ildə sambo üzrə gənclər arasında dünya çempionatının qızıl medalını qazanıb.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər