“Brayton”un yarımmüdafiəçisi Aleksis Makallister karyerasını İngiltərə nəhəngində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 24 yaşlı argentinalı oyunçu "Liverpul"la anlaşıb. Bu barədə mersisaydlıların mətbuat xidməti məlumat yayıb.
“Arsenal” və “Mançester Yunayted”in də hədəfində olan DÇ-2022-nin qalibi "Liverpul"a 40,7 milyon avroya başa gəldiyi bildirilir. Makallister "Liverpul"la 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Mirağa