Dünya çempionu ilə Alleqri arasında münaqişə

Dünya çempionu ilə Alleqri arasında münaqişə

"Yuventus"un yarımmüdafiəçisi Leandro Paredes baş məşqçi Massimiliano Alleqri ilə mübahisə edib. 

Fanat.Az xəbər verir ki, məlumatı İtaliya mətbuatı yayıb.

Münaqişə komandanın açıq məşqindən sonra paltardəyişmə otağında yaşanıb. Səbəb isə Paredesin Turin klubunda oyun praktikasının azlığından şikayət etməsidir. Mübahisədən sonra 28 yaşlı argentinalı futbolçuların ailələri ilə şam yeməyində iştirak etməyib.

Argentina millisinin üzvü Leandro Paredes bu mövsümün sonuna qədər "Yuventus"da icarə əsasında çıxış edəcək. Futbolçunun hüquqları PSJ-yə məxsusdur. O, bu mövsüm bütün turnirlərdə "Yuventus"un heyətində 26 matçda cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər