Dümfris İngiltərə nəhənginə keçmək istəmir - SON DURUM

Dümfris İngiltərə nəhənginə keçmək istəmir - SON DURUM

"İnter"in niderlandlı müdafiəçisi Denzel Dümfris iş yerini dəyişmək istəmir.

Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq həmyerlisinin heyətə qatılması üçün bütün gücünü səfərbər etsə də, futbolçu qərarını dəyişmir.

Xəbərə görə, "İnter" Niderland millisinin üzvünü 30 milyon avroya satmağın əleyhinə deyil. Milanlıların çalışdırıcısı Simone İnzagi isə onun komandada qalmasının tərəfdarıdır.

Qeyd edək ki, son mövsümdə "İnter" forması ilə bütün turnirlərdə 45 matça çıxan Dümfris 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər