DÇ: Son idmançımızın da nəticəsi bilindi

DÇ: Son idmançımızın da nəticəsi bilindi

Azərbaycan fiqurlu konkisürənləri Fransanın Monpelye şəhərindəki dünya çempionatında çıxışlarını başa vurublar.

Fanat.Az xəbər verir ki, milli üzvlərindən Vladimir Litvintsev martın 26-da sərbəst proqram üzrə son çıxışını edib.

O, öz qrupunda 233.62 xal toplayaraq 16-cı yerdə qərarlaşıb. Bundan öncəki qısa proqramda isə Litvintsev 13-cü yerə sahib olmuşdu.

Xatırladaq ki, Azərbaycanı dünya çempionatında 4 fiqurlu konkisürən - Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovskidən ibarət cütlük təmsil edib. Ryabova qısa proqramda 9-cu yeri tutub. Sərbəst proqramda o, 10-cu olsa da, ümumi xal hesabında 9-cu yerdə qərar tutub.

Kolosovski və Kuznetsova isə müvafiq xalları toplaya bilmədikləri üçün mərhələni keçə bilməyiblər.

Dünya çempionatına bu gün yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər