Dördqat dünya çempionu koronavirusa yoluxdu - İlk yarışı buraxacaq

Dördqat dünya çempionu koronavirusa yoluxdu - İlk yarışı buraxacaq

Formula 1 üzrə dünya çempionatında çıxış edən "Aston Martin" komandasının pilotu Sebastyan Fettel koronavirusa yoluxub.

Fanat.Az komandanın rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı almaniyalı sürücü bu səbəbdən martın 20-də mövsümün ilk yarışını - Bəhreyn Qran-Prisini buraxacaq.

4 qat dünya çempionunu həmyerlisi Niko Hülkenberq əvəzləyəcək.

Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-Prisi 10 - 12 iyunda baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər