Dopinqdə "ilişən" qapıçı məşqlərə qatılacaq

Dopinqdə "ilişən" qapıçı məşqlərə qatılacaq

Dopinqdən istifadə etdiyi üçün futboldan uzaqlaşdırılan "Ayaks"ın qapıçısı Andre Onana İdman Arbitraj Məhkəməsinin qərarına əsasən, komandanın məşqlərinə qatılacaq. 

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, apellyasiya şikayətindən sonra futbolçunun 1 illik cəzası 9 aya endirilib və məşqlərdə iştirakına qoyulan yasaq götürülüb.

Qolkiperin qadağan olunmuş preparatdan təsadüfən istifadə etdiyi sübuta yetirilib. Belə ki, o, səhvən xanımına yazılmış dərmanı içib. 

Qeyd edək ki, 2015-ci ildən Amsterdam klubunda olan Onana paytaxt təmsilçisinin formasıyla ümumilikdə 204 matça çıxıb. Onun "Ayaks"la olan müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər