Dopinqdə ilişən Poqbanın agenti: "Pol qaydaları pozmayıb"

Dopinqdə ilişən Poqbanın agenti: "Pol qaydaları pozmayıb"

"Yuventus"un və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqbanın maraqlarını təmsil edən agent Rafaela Pimenta müştərisinin dopinq testinin müsbət çıxması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, o, "Calciomercato"ya açıqlamasında testosteronu yüksək olan futbolçunun günahsız olduğuna əminliyini bildirib:

“Biz əks təhlilin nəticələrini gözləyirik və indi heç nə deyə bilmərik. Dəqiq deyə biləcəyimiz yeganə şey odur ki, Pol heç vaxt qaydaları pozmaq niyyətində olmayıb”.

Xatırladaq ki, 30 yaşlı Poqba testosteron testi müsbət çıxdığı üçün müvəqqəti olaraq cəzalandırılıb. Fransız futbolçunu 4 ilə qədər diskvalifikasiya gözləyir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər