Donnarummanın son vəziyyəti nə yerdədir?

Donnarummanın son vəziyyəti nə yerdədir?

PSJ-nin əsas qapıçısı Canluici Donnarummanın son vəziyyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı "RMC Sport" yayıb.

Xəbərə görə, əzələsindən xəsarət alan italiyalı qolkiper artıq kollektiv məşqlərə başlayıb. 

Qeyd edək ki, Donnarumma Çempionlar Liqasında "Jirona"ya qarşı ev oyununda (1:0) və Liqa 1 çərçivəsində "Reyms"lə matçda (1:1) Paris komandasına kömək edə bilməmişdi. Fransa nəhənginin baş məşqçisi Luis Enrike hər iki qarşılaşmada bu yay heyətə qatılan rusiyalı qolkiper Matvey Safonova forma şansı vermişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər