Donnarumma hücuma məruz qaldı - Əl qolunu bağlayıb...

Donnarumma hücuma məruz qaldı - Əl qolunu bağlayıb...

PSJ-nin qapıçısı Canluici Donnarumma ötən gecə amansız soyğunun qurbanı olub.

Fanat.Az xəbər verir ki, informasiyanı "Actu 17" yayıb. 

Mənbənin məlumatına görə, Parisdə 24 yaşlı futbolçunun evinə bir neçə kişi soxulub. "Çağırılmamış qonaqlar" Donnarumma ilə həyat yoldaşını soyundurub bağlayıblar. Daha sonra quldurlar evdən 500 min avroya yaxın qənimət götürərək qaça biliblər.

Donnarumma və həyat yoldaşı gecə evə yaxın bir otelə köçüblər, daha sonra isə şok vəziyyətində xəstəxanaya aparıldılar.

Cinayəti Parisin cinayətkarlıq əleyhinə briqadası araşdıracaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər