DÇ: İsgəndərov mübarizəyə qoşulur

DÇ: İsgəndərov mübarizəyə qoşulur

Daşkənddə boks üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, altıncı yarış günündə Azərbaycan milli komandasının bir idmançısı rinqə çıxacaq. 67 kq çəki dərəcəsində yer alan Nəbi İsgəndərov mundialda ilk döyüşünü keçirəcək.

1/32 final 67 kq. Nəbi İsgəndərov - Əli Həbibinecat (İran)

Qeyd edək ki, daha əvvəl dünya çempionatında Ümid Rüstəmov (57 kq) iki görüşdə qalib gələrək 1/8 finala yüksəlib. Tural Sarıyev (48 kq), Tayfur Əliyev (60 kq), Mirşərif Kazımzadə (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) ) ilk döyüşlərində qalib gəlib, Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq) və Eldar Quliyev (92 kq) startda, Murad Allahverdiyev (90 kq) isə ikinci mərhələdə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər