Türkiyə kubokunda 3-cü mərhələnin oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Coşqun Diniyevin komandası – “Ümraniyəspor” da bu gün kubok matçına çıxıb.
Aşağı liqa təmsilçisi “Orduspor 1967” ilə qarşılaşan futbolçumuzun komandası 5:1 hesablı qələbə sayəsində mərhələ adlayıb.
Coşqun bu görüşün 77-ci dəqiqəsində meydana buraxılıb.