"Yuventus"un hücumameyilli yarımmüdafiəçisi Paulo Dibala koronavirusdan yaxasını qurtara bilmir.
Fanat.Az "El Chiringuito"ya istinadən xəbər verir ki, Dibalanın koronavirus testi son 6 həftə ərzində 4-cü dəfə pozitiv çıxıb. Bu, argentinalı futbolçunun daha intensiv müalicəyə ehtiyacı olduğu anlamına gəlir.
Dibalanın, bədənində antitellərin formalaşmasını müəyyənləşdirmək üçün qan analizi verəcəyi gözlənilir.
Daha əvvəl "Atalanta"nın qolkiperi Marko Sportyellonun koronavirus testinin nəticəsi öncə neqativ, sonra pozitiv çıxmışdı.
Fanat.Az