Devid Bekhemin evi qarətçilərin hücumuna məruz qaldı (FOTO)

Devid Bekhemin evi qarətçilərin hücumuna məruz qaldı (FOTO)
Dünya şöhrətli sabiq ingilis futbolçu Deyvid Bekhem və həyat yoldaşı Viktoriya Bekhemin sahib olduğu "Cotswolds" köşkü soyğunçuların hücumuna məruz qalıb.
Fanat.Az Daily Mail-ə istinadən xəbər verir ki, "Oxfordshire" ərazisində yerləşən 6 milyon funtluq tikiliyə təşkil edilən hücum uğursuzluqla nəticələnib. Qarətçiləri görən qonşular onları qorxudub və qaçmalarına səbəb olub. Sifətləri bağlı olan soyğunçuların şəxsiyyətlərini müəyyənləşdirmək olmayıb.
Qeyd edək ki, Bekhem ailəsi həftənin əksər günlərini bu köşkdə keçirir. 
 
Devid Bekhemin evi qarətçilərin hücumuna məruz qaldı (FOTO)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər