Deşam Makronun arvadını belə pərt elədi

Deşam Makronun arvadını belə pərt elədi

Fransa prezidenti Emmanuel Makronun xanımı Bricit futboldan məlumatsız olduğunu büruzə verərək özünü gülünc vəziyyətə salıb.

Fanat.Az xəbər verir ki, bu barədə "ChampagneFM" məlumat yayıb.

Xəbərə görə, Fransa prezidentinin arvadı rəsmi tədbir zamanı yığmanın baş məşqçisinə irad tutaraq, ondan niyə “Reyms”in hücumçusu Dzyündzi İtonu millisiyə çağırmadığını soruşub: "Axı o, çox yaxşı oynayır”. 

Deşam isə Briciti bir cümlə ilə pərt edib: "Çünki o, yapondur". 

Qeyd edək ki, Dzyündzi İto 2022-ci ilin yayından "Reyms"də çıxış edir. 30 yaşlı forvard Yaponiya yığmasında 53 oyun keçirib.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər