Dembele Xavini hiddətləndirdi

Dembele Xavini hiddətləndirdi

"Barselona"nın baş məşqçisi Xavi Usman Dembelenin Kataloniya klubu ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilməməsindən narazı qalıb.

Fanat.Az xəbər verir ki, bunu şəxsi "Twitter" hesabında jurnalist Toni Xuanmarti yazıb.

Mənbə 41 yaşlı mütəxəssisin 24 yaşlı futbolçu ilə görüşdüyünü və Dembelenin Xaviyə komandada qalacağıyla bağlı söz verdiyini vurğulayıb.

Lakin bu yaxınlarda danışıqlar prosesinin oyunçunun yüksək əməkhaqqı tələbi üzündən pozulması "Barsa"nın baş məşqçisini məyus edib. 

Xuanmarti Xavinin mövcud vəziyyətdən hiddətləndiyini, özünü daha öncə şifahi razılığa gəldiyi Usman tərəfindən aldadılmış saydığını bildirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər