Del Pyero heç kimin bilmədiyi faktı açıqladı

Del Pyero heç kimin bilmədiyi faktı açıqladı

"Yuventus"un və İtaliya millisinin əfsanəvi hücumçusu Alessandro Del Piero vaxtilə "Mançester Yunayted"də oynamağa yaxın olduğunu deyib.

Fanat.Az xəbər verir ki, sabiq forvard bu barədə "Sky Sport"a açıqlamasında “qırmızı şeytanlar”ın keçmiş baş məşqçisi ser Aleks Ferqyusonun onu təkidlə İngiltərəyə dəvət etdiyini bildirib.

“Ferqyuson məni bir neçə dəfə “Mançester Yunayted”ə dəvət etmişdi. Bu, həm 2000-ci ildən əvvəl, həm də sonra idi. Hələ də yadımdadır. O, təkid etdi ki, komandasına keçim”.

Xatırladaq ki, Del Pyero Avropada cəmi iki komandada - doğma "Padova" və 19 ilini keçirdiyi Turinin "Yuventus"unda çıxış edib. O, 6 dəfə A Seriyasının, həmçinin Çempionlar Liqasının qalibi olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər