Debütant “çərçivə”ni bosniyalıya tapşırdı

Debütant “çərçivə”ni bosniyalıya tapşırdı

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” bir müddətdir baxışda olan, “Turan Tovuz”la yoxlama oyununda da iştirak edən bosniya və herseqovinalı qapıçı ilə anlaşıb. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni mövsümdə debütantın qapısını Semir Bukviç qoruyacaq. 

Debütant “çərçivə”ni bosniyalıya tapşırdı 1.88 sm boya malik 32 yaşlı qolkiperin sonuncu klubu vətənində “Sloboda Tuzla” olub. Əsasən Bosniya və Herseqovina klublarında çıxış edən qolkiper Polşada legioner həyatı yaşayıb.  

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər legionerlərdən portuqaliyalı Nuno Miguel və braziliyalı Vandersonla 1 illik müqavilə imzalayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər