De Xeaya rəqib gəlir - Avropanın ən çox qazanan qapıçılarından biri olacaq

De Xeaya rəqib gəlir - Avropanın ən çox qazanan qapıçılarından biri olacaq
"Mançester Yunayted"in qolkiperi Din Hendersonun növbəti mövsüm harada çıxış edəcəyi hələlik bəlli deyil.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Hendersonun gələcəyinə yaxın iki həftə ərzində ayınlıq gələcək. MY ilə danışıqların həlledici mərhələdə olduğu bildirilir.
Anlaşma əldə olunacağı təqdirdə, ingilis Avropada ən çox maaş alan qapıçılardan biri olacaq. "Qırmızı şeytanlar" Henderson üçün 5 illik müqavilə hazırlayıb. Baş məşqçi Ule-Qunnar Sulşer 23 yaşlı qolkiperin əsas heyət uğrunda David De Xea ilə mübarizəyə hazır olduğunu düşünür.
Henderson son mövsümü icarə əsasında "Şeffild Yunayted"in heyətində keçirib. Onun "Mançester Yunayted"lə olan müqaviləsi 2022-ci ildə başa çatacaq.
"Çelsi"nin də gənc qapıçının xidmətində maraqlı olduğuna dair xəbərlər yayılıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər